Üç ölkə KXDR-ə qarşı cavab tədbirlərini müzakirə edib

Üç ölkə KXDR-ə qarşı cavab tədbirlərini müzakirə edib backend

Yaponiya, ABŞ və Koreya Respublikasının rəsmi nümayəndələri bəyan ediblər ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən bu yaxınlarda keçirilmiş nüvə sınağına cavab olaraq Çini BMT Təhlükəsizlik Şurasının bu ölkəyə qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı qətnaməsinin qəbulunda daha fəal iştiraka dəvət edəcəklər.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, JİJİ PRESS agentliyinin verdiyi məlumata əsasən, Yaponiya xarici işlər nazirinin müavini Akitaka Sayki, ABŞ dövlət katibinin müavini Entoni Blenkin və Koreya Respublikasının xarici işlər nazirinin birinci müavini Lim Son Nam yanvarın 16-da Tokioda görüşüblər.

Təqribən üç saat davam edən görüşdə Pxenyana qarşı tətbiq ediləcək yeni sanksiyalarla yanaşı, Cənubi Çin dənizində vəziyyətlə bağlı müzakirələr də aparılıb.

Görüşdən sonra təşkil edilmiş birgə mətbuat konfransında A.Sayki bildirib ki, nüvə sınağının keçirilməsi yolverilməzdir və tərəflər beynəlxalq ictimaiyyətin KXDR-ə qarşı kəskin reaksiyasının formalaşması üçün birgə fəaliyyət barədə razılığa gəliblər.