Yanvarın 17-də Əfqanıstanın şərqində yerləşən Cəlalabad şəhərində deputatın evinə hücum zamanı 13 nəfər ölüb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hücum “jirqa” – tayfa rəhbərlərinin yığıncağı zamanı baş verib.Hələ ki, heç bir qruplaşma sui-qəsdə görə məsuliyyəti öz üzərinə götürməyib.