Çanaqqala boğazında güclü qasırğa səbəbindən gəmilərin hərəkəti müvəqqəti dayandırılıb.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, Sahil Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, gəmilərin boğazdan keçidinə məhdudiyyət qoyulub, bərə səfərləri bu gün saat 20:00-a kimi təxirə salınıb.Qeyd edək ki, Egey dənizində qasırğanın sürəti saatda 100 kilometrə çatıb.