Ekspedisiya nəticələrinə görə Şərqi Hondurasın ucqar və əlçatmaz cəngəlliklərində hələ ispanların Latın Amerikasının fəthindən öncəki qədim sivilizasiyanın izləri tapılıb.
Qazilər.az saytı National Geographic jurnalına istinadən xəbər verir ki, ekspedisiya zamanı cəngəllikdə meydan qalıqları, torpaq təpələr, piramidalar aşkar olunub. Burada həmçinin, yarı insan , yarı yaquar təsvirində heykəl başı da tapılıb. Alimlər bizim eranın 1000 – 1400 ilinə aid xarabalıq aşkarlayıblar. 2012 –ci ildə lazer skayneri texnologiyasına əsasən Hondurasın torpaq qatını yuxarıdan müşahidə etmək olub. Beləliklə, bu tapıntılar üzə çıxıb.Lakin indi arxeoloqlar və tarixçilər arasında bununla bağlı bəzi mübahisələr yaranıb. Belə ki, onlar buranın La Moskitidəki Mayya mədəniyyətinə aid yüksək mədəniyyətə malik qədim yaşayış məskəni olan “Ağ şəhər” olub - olmaması ilə bağlı razılığa gələ bilmirlər.
Qeyd edək ki, Hondurasda ilk dəfə ispan müstəmləkəçiləri tərəfindən tapılan qədim yaşayış məskəni olmuş “Ağ şəhər” haqqında əfsanə dolaşır. Qorunub saxlanılan məktub halındakı mənbələrdə ispanlar burada yaşayan əhalinin qəribə adət - ənənələrindən, cübbə şəklində olan paltarlarından, dərilərinin ağ rəngdə olmasından, yerli əhaliyə belə tanış olmayan dillərindən yazıblar.