İran ikili vətəndaşlığı olan dörd məhbusu azad edilib

İran ikili vətəndaşlığı olan dörd məhbusu azad edilib backend

Tehran "Washington Post" qəzetinin müxbiri Jason Rezaianla yanaşı ikili vətəndaşlığı (ABŞ-İran) olan daha üç məhbusu azad edib.

Qaziler.az bildirir ki, Trend-in Fars agentliyinə istinadən verdiyi məlumata görə, İran televiziyası ilə azad olunacaq şəxslərin adları açıqlanıb.

Bunlar Saed Abedini, Əmir Hekmati və Nüsrətullah Xosravidir.

Tehran bildirir ki, azadlığa buraxılanlar ABŞ məhbəsində saxlanılan 7 iranlıya dəyişdiriləcək.