Ukraynada müasir tüfəng işlənib hazırlanıb

Ukraynada müasir tüfəng işlənib hazırlanıb backend

“Ukroboronprom” Dövlət Konserni Mosin tüfənginin modernləşdirilmiş variantını təqdim edib.

Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, indi bu tüfənglə 1,2 kilometr məsafəni nişan almaq mümkündür.

Müasir texnologiyalarla hazırlanan silah teleskopik qundaqla təchiz edilib.

Konsernin saytındakı məlumatda deyilir: “Tüfəng nişan məsafəsi təqribən 1200 metr təşkil edən tək-tək atəş açmaq üçün nəzərdə tutulub. Atəşin ilkin sürəti saniyədə 870 metrdir, güllənin uçuşunun son məsafəsi 2 kilometrdır. Tüfəngin təxmini çəkisi cəmi 4,5 kiloqramdır. Səsboğucu ilə atəş zamanı səsin ucalığı 26 dB-yə qədər azalır”.