Nalçikdə döyüşlər gedir

Nalçikdə döyüşlər gedir backend

Bir qədər əvvəl antiterror əməliyyat rejimi tətbiq edilən Rusiyanın Nalçik şəhərindəki rayonlardan birində bu gün səhərdən döyüş yenidən davam edib.

Qaziler.az xəbər verir ki, bu barədə TASS-a Kabardin-Balkar respublikası hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
“Nalçikdə qarşıdurma davam edir”-deyə agentliyin müsahibi bildirib.
Şəhərdə atışma və partlayış səsləri gəlir.
Xatırladaq ki, bir qədər əvvəl bildirilmişdi ki, cümə günü axşam Nalçikdə iki yaraqlı həbs edilib.
Döyüş yaraqlılardan birinin olduğu evin mühasirəyə alınmasında sonra başlayıb.