“Donuz qripi“nə görə daha 2 xəstəxanada əlavə palatalar yaradıldı

“Donuz qripi“nə görə daha 2 xəstəxanada əlavə palatalar yaradıldı backend

Azərbaycanda “donuz qripi” ilə əlaqədar olaraq daha iki xəstəxanada əlavə palatalar yaradılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya açıqlamasında bildirib ki, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında da əlavə palatalar hazır vəziyyətə gətirib.


Onun sözlərinə görə, Azərbaycanda “donuz qripi” qeydə alınmayıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 8 boks tipli palata ayrılıb.

Onu da qeyd edək ki, “donuz qripi”nə qarşı profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən 8 dekabr 2015-ci il tarixdə əmr imzalanıb. Eyni zamanda, “donuz qripi” ilə bağlı epidemioloji nəzarət gücləndirilib.