Rusiya əhalisinin təxminən 65 faizi mütəmadi olaraq internetdən istifadə edir. İKT.lent.az-ın RNS nəşrinə istinadən məlumatına görə, bunu Rusiyanın rabitə və kütləvi kommunikasiya naziri Nikolay Nikiforov bildirib.
"Bu gün bizim ölkədə əhalinin 65 faizi daimi internet istifadəçiləridir", - deyə N.Nikoforov bildirib. O deyib ki, 3 il ərzində Rusiyada internetin daimi istifadəçilərinin sayı 24 faiz artıb. Beləliklə, bu auditoriyanın illik artımı 20-30 min istifadəçi təşkil edir.
Daha əvvəl isə deyilirdi ki, Rusiya prezidentinin internet məsələləri üzrə müşaviri German Klimenko internetin inkişafı proqramlarının tətbiqini prioritet məsələlərdən birincisi olduğunu adlandırıb.