İŞİD-in Əfqanıstan üzrə lideri Hafiz Seyid və 11 döyüşçüsü Nangarhar şəhərində ABŞ-ın pilotsuz təyyarələri tərəfindən təşkil edilən hücumda öldürülüb.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Nangarhar şəhər valiliyinin sözçüsü Ataullah Hoqyanay deyib.“Axşam saatlarında təşkil edilən hücumda Açin rayonunun Abdulhelo səmtində İŞİD-in önəmli toplantısı hədəf alınıb. İŞİD-in xeyli silah anbarları və avtomobilləri də məhv edilib”, - deyə Hoqyanay bildirib.