İŞİD 3 istiqamətdən hücuma keçdi

İŞİD 3 istiqamətdən hücuma keçdi backend

İŞİD terror təşkilatı bu gün səhər saatlarında İraqın Mosul şəhərinin Şengal ərazisinə 3 istiqamətdən hücum edib.

QAZİLƏR.AZ saytının Lent.az-a istinadən verdiyi məlumata görə, terrorçularla şiddətli qarşıdurma davam edir.
Bildirilir ki, toqquşmalar nəticəsində terror təşkilatı xeyli itki verib. Beynəlxalq koalisiyanın döyüş təyyarələri səhərdən etibarən müxtəlif ərazilərdə İŞİD mövqelərinə zərbələr endirir.