Ukrayna prezidenti Petro Poroşenko 2016-cı ildə separatçıların nəzarətində olan şərq vilayətləri üzərində suverenliyin bərpa olunacağını vəd edib.
Qaziler.az Azadlıq Radiosuna istinadən bildirir ki, o, yanvarın 14-də jurnalistlərə bildirib ki, işğal edilmiş Donetsk və Luqansk vilayətləri qaytarılmalıdır.O həmçinin qeyd edib ki, ötən ilin martında Rusiya tərəfindən ilhaq edilən Krım ABŞ və Avropa Birliyinin köməyi ilə beynəlxalq mexanizm əsasında geri qaytarılmalıdır və bu hökumətin qarşısında duran əsas məsələlərdəndir.
Poroşenko bildirib ki, ölkənin müdafiəsini gücləndirmək lazımdır.
Qeyd edək ki, ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 9 mindən çox adam ölüb.
Kiyev və Qərb Rusiyanı separatçıları dəstəkləməkdə günahlandırır.
Moskva ittihamı rədd edir.