İŞİD-in müasir ratsiyaları ələ keçirildi

İŞİD-in müasir ratsiyaları ələ keçirildi backend

Türkiyənin Qaziantep vilayətində İŞİD terror qruplaşmasının üzvləri üçün nəzərdə tutulan karqo ələ keçirilib. İKT.lent.az-ın “Cihan”a istinadən verdiyi xəbərə görə, yükün 200-250 km məsafədən əlaqə yaratmağa imkan verən müasir ratsiyalardan ibarət olduğu açıqlanıb. Terror təşkilatı bu vasitələri Türkiyədəki adamları üçün göndərirmiş.


Yük hüquq-mühafizə orqanları tərəfindən müsadirə olunub. Hadisə ilə bağlı 1 nəfər xarici ölkə vətəndaşı saxlanılıb.