Tehran Netanyahuya cavab verdi

Tehran Netanyahuya cavab verdi backend

İran XİN İsrailin baş naziri Binyamin Netanyahunun ABŞ Konqresindəki nitqini pisləyərək, onun İran nüvə proqramına dair yalan yaydığını qeyd edib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, Netanyahu ABŞ Konqresinin üzvləri qarşısında çıxışı zamanı İran hakimiyyətinin radikal olduğunu və dünya ictimaiyyəti üçün ciddi təhlükə yaratdığını bildirib.

İran XİN mətbuat xidmətinin rəhbəri Mərziyə Əfham Netanyahunun nitqinin çox “darıxdırıcı” olduğunu və onun İranın dinc nüvə proqramının məqsədlərinə dair yalan yaymaqda davam etdiyini qeyd edib.

Mərziyə Əfham İsrailin baş nazirinin nitqinin hiyləgər bir şou olduğunu bildirərək, bunun Netanyahunun seçkiqabağı kampaniyasının tərkib hissəsi təşkil etdiyini qeyd edib.
Diaspora