Tanınmış “Acer” şirkəti ötən ilin dekabr ayında satış göstəricilərinin pisləşdiyini bildirib. İKT.lent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, ötən ilin dekabr ayında şirkət 676,34 milyon dollar qazana bilib.
Ötən ilin noyabr ayı ilə müqayisədə şirkətin satışı 3,38 faiz azalıb. Ancaq 2014-cü ilin noyabr ayında əldə olunan göstəricilərlə müqayisə edildikdə, bu azalma olduqca ciddidir - 22,5 faiz.2014-cü ildə şirkətin gəliri 9,88 milyard dollar olub ki, bu da daha əvvəlki ildəki göstəricidən 8,43 faiz aşağıdır. Ötən il üçün isə şirkətin satış göstəriciləri 20,11 faiz azalıb və 7,89 milyard dollar təşkil edib.