Putinin tənqidçisi ölü tapıldı

Putinin tənqidçisi ölü tapıldı backend

Rusiyada tanınmış politoloq və jurnalist Vladimir Pribylovski 59 yaşında ölü tapılıb.

Onun həmkarı və tarixçi Yuri Felştinsknin yanvarın 13-də Feysbuk səhifəsi və sosial şəbəkələrdə yazdığına görə, Pribylovski Moskvadakı mənzilində ölü tapılıb.

Amma o əlavə məlumatı olmadığını bildirir.

Rusiya rəsmiləri Pribylovskinin ölümü barədə açıqlama verməyib.

Polis 2007-ci ildə onun evində axtarış aparıb, “Korporasiya: Rusiya və prezident Butinin dövrümdə KQB” kitabı ilə bağlı olan kompyuter və elektron materialları müsadirə edib.

Felştinskinin həmmüəllif olduğu bu kitab 2009-cu ildə Nyu-Yorkda dərc olunub.

Pribilovski 2010-cu ildə müxalifətin hazırladığı “Putin getməlidir” petitsiyasına imza atanlardan biridir.