Hindistanda 2 nəfərin selfi çəkən zaman dənizə düşərək ölməsindən sonra Mumbay polisi şəhərdə 15 ərazidə selfi çəkmək qadağası qoyub. Axar.az xəbər verir ki, qadağan edilən ərazilərdən bəziləri Marin Drayv, Bandra Bandstand və Dadar, Çaupati kimi məşhur çimərliklərdir.
Bu bölgələrdə qadağanı əks etdirən lövhələr yerləşdiriləcək və boğulma təhlükəsinə qarşı xilasedicilər təyin olunacaq.
Qadağaya rəğmən, selfi çəkənlərə qarşı bir cəza sanksiyası tətbiq olunub-olunmayacağı isə hələ dəqiqləşməyib.