ABŞ Prezidenti Barak Obama illik hesabat xarakterli çıxışında Konqresə müraciət edib. Axar.az xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Suriya və İraqda İŞİD-ə qarşı hərbi əməliyyatlara başlamasının vacib olduğunu deyən Obama Konqresi qanun layihəsini təsdiq etməyə çağırıb.
“Konqres bu müharibədə qələbə qazanmağımız üçün əməliyyatların keçirilməsinə razılıq verməlidir”, - Obama qeyd edib.Xatırladaq ki, Obama ABŞ-ın Suriya və İraqda hərbi əməliyyat keçirməyəcəyini açıqlamışdı.