Türkiyədə İŞİD əməliyyatı: Rusiya vətəndaşları saxlanıldı

Türkiyədə İŞİD əməliyyatı: Rusiya vətəndaşları saxlanıldı backend

İstanbulun Sultanəhməd meydanında baş verən teraktdan sonra Türkiyə polisi ölkə ərazisində genişmiqyaslı əməliyyatlara başlayıb. Axar.az xəbər verir ki, Antalyada keçirilən əməliyyat zamanı İŞİD-in 3 üzvü saxlanılıb.

Araşdırmalar nəticəsində terror təşkilatı ilə əməkdaşlıq edən şəxslərin Rusiya vətəndaşı olduğu aydınlaşıb.

Saxlanılan şəxslərin adları açıqlanmayıb.