Ötən il Azərbaycanda elektron ticarət dövriyyəsi artıb

Ötən il Azərbaycanda elektron ticarət dövriyyəsi artıb backend

2015-ci ildə Azərbaycan Respublikasında elektron ticarət dövriyyəsi artıb. İKT.lent.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2015-ci ildə ölkədə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü ilə nisbətən 1,9 dəfə artaraq 12,8 milyon manat təşkil edib.


Elektron ticarət vasitəsilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,1 faizi hüquqi şəxslərdən, 8,9 faizi isə fərdi sahibkarlardan alınıb.

Elektron ticarət dövriyyəsinin 96,2 faizi qeyri-ərzaq məhsullarının payına düşüb.