Liderlər Pekinə və ya Moskvaya deyil, bizə zəng edirlər. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Barak Obama illik hesabatında deyib. Ağ Ev rəhbərinin sözlərinə görə, dünya beynəlxalq problemləri Çin və Rusiya ilə yox, ABŞ-la həll edir:
“Biz böhranla üzləşən hər bir ölkəni zəbt etməyə və dəyişməyə cəhd edə bilmərik. Bu, liderlik deyil. Bununla biz bataqlığa düşərək, amerikalıların qanını axıdarıq. Son nəticədə bu bizi zəiflədər. Vyetnamdan, İraqdan bu vaxtadək nəticə çıxarmalı idik.Dünya mürəkkəb beynəlxalq problemləri Çin və ya Rusiya ilə deyil, ABŞ-la həll edir. Bizim nüfuzumuz mənim bu vəzifəyə təzə seçildiyim vaxtla müqayisədə hazırda daha yüksəkdir. İstənilən mühüm beynəlxalq məsələdə liderlər Pekinə və ya Moskvaya deyil, bizə zəng edirlər”.
Obama Rusiyanın Ukrayna və Suriyada təsirinin xeyli zəiflədiyini qeyd edib:
“Ukrayna və Suriya Rusiyanın təsir dairəsindən uzaqlaşır. İqtisadiyyatının zəifləməsinə baxmayaraq, Rusiya resurslarını onun təsir dairəsindən sürətlə uzaqlaşan Ukrayna və Suriyaya yönəldir”.