Pakistanın Bəllucistan vilayətinin Kvetta şəhərində partlayış baş verib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Pakistan mətbuatı yayıb. Mətbuat partlayış zamanı ən azı 5 nəfərin öldüyünü bildirib.
Qeyd edək ki, Kvetta şəhəri Pakistanın şimalında əsas strateji şəhər hesab edilir. Məhz bu şəhər 1979-cu ildən bu yana əfqan döyüşçülərinin yetişdirilməsi üçün əsas poliqon olub. Kvetta həmçinin Talibanın ideya mərkəzi hesab olunur.