İstanbulda terror törədən İŞİD-çinin - Fotosu

İstanbulda terror törədən İŞİD-çinin - Fotosu backend

İstanbulun Sultanəhməd meydanında terror aktı törədən şəxsin İŞİD üzvü, Səudiyyə Ərəbistanında anadan olan Suriya vətəndaşı Nabil Fədli olduğu açıqlanıb. Axar.az xəbər verir ki, Türkiyənin “Habertürk” saytı terrorçunun fotosunu əldə edə bilib.

Fotonun 8 gün öncə İstanbulda çəkildiyi bildirilib. 28 yaşlı Nabil Fədlinin Türkiyəyə qısa müddət öncə gəldiyi açıqlanıb.

Qeyd edək ki, ötən gün İstanbulun Sultanəhməd meydanında terror aktı törədilib. Nəticədə 10 nəfər ölüb, 15 nəfər yaralanıb.