Daha 10 məhbus Quantanamonu tərk edəcək

Daha 10 məhbus Quantanamonu tərk edəcək backend

ABŞ hökuməti Quantanamo hərbi həbsxanasından daha 10 məhbusun köçürülməsinə dair qərar verib. APA-nın “Fox News”a istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqon nümayəndələri bildirib. Hazırda həbsxanada 103 məhbusun saxlanıldığı bildirilir.


ABŞ prezidenti Barak Obama ötən ilin dekabrında Quantanamo məhbuslarının sayının 2016-cı ilin əvvəlinə azaldılaraq 100-dən aşağı olacağını vəd etmişdi. Bundan sonra Pentaqon 17 məhbusu başqa ölkələrə ötürülməsini dəstəkləmişdi.

ABŞ artıq 3 məhbusu Qana Səudiyyə Ərəbistanına ötürüb.