İran ABŞ gəmilərini tezliklə sərbəst buraxılacaq

İran ABŞ gəmilərini tezliklə sərbəst buraxılacaq backend

İran XİN rəhbəri Məhəmməd Cavad Zərif ABŞ dövlət katibi Con Kerriyə saxlanılan ABŞ gəmilərinin tezliklə öz yoluna davam edəcəyini vəd edib. APA-nın verdiyi xəbərə görə, bunu “Röyters”ə adı çəkilməyən amerikalı məmurlardan biri deyib.


Məlumata görə, nasazlıq səbəbindən İranın ərazi sularına daxil olduğuna görə saxlanılan gəmidə 10-dək amerikalı dənizçi var. “Assoşieyted Press” bildirir ki, iki gəmi Bəhreyn və Küveyt arasında üzərkən onlarla əlaqə kəsilib.

İran tərəfi ABŞ-la əlaqə yaradaraq hər iki hərbi gəminin ekipajlarının təhlükəsizlikdə olduğu bildirib.