Xəbərdarlıq: Pilotsuz aparatlardan terror məqsədilə istifadə oluna bilər

Xəbərdarlıq: Pilotsuz aparatlardan terror məqsədilə istifadə oluna bilər backend

İngiltərədə Oksford Araşdırma Qrupuna bağlı olan “Remote Control” proyekti pilotsuz uçuş aparatlarının (dron) terror məqsədilə törədilə biləciyi haqda xəbərdarlıqla çıxış edib.

İKT.lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, xəbərdarlığın əks olunduğu raportda bildirilir ki, terror təşkilatları dronlardan bəsit, ucuz və təsirli partlayıcı vasitə kimi istifadə edə bilər: “Bir sıra terrorçular, cinayətkarlar, kriminal elementlər mülki PUA-ları hücumlar və kəşfiyyat məqsədilə istifadə etdiklərini göstəriblər. PUA-lardan bu məqsədlərlə istifadə olunmasını əngəlləmək üçün müxtəlif tədbirlər görülməldir”.

Birmingem Universitetinin professoru Devid Dann isə PUA-ların istifadəsi üçün rəsmi icazə prosedurunun tətbiqi kimi məhdudlaşdırıcı tədbirlərin nəticə verməyəcəyini söyləyib: “Qanunlara əməl edən vətəndaşlar bu aparatları qeydiyyatdan keçirəcək, lakin terrorçuların xaricdə pilotsuz aparat satın alaraq burada istifadə etməsini əngəlləmək çox çətindir”.

Qeyd edək ki, İŞİD terrorçuları İraqda və Suriyada kəşfiyyat məqsədilə pilotsuz uçuş aparatlarından geniş istifadəedir.