“Microsoft” şirkəti bu gündən etibarən “Windows 8” əməliyyat sisteminə dəstəyi dayandırır. İKT.lent.az-ın Technews.az-a istinadən xəbərinə görə, buna səbəb yeni versiyanın çıxması “Windows 8”in tamamilə ikinci plana düşməsidir.
Qeyd edək ki, “Microsoft” istifadəçilərin “Windows 8” əvəzinə “Windows 8.1” istifadə etməsini məsləhət görüb. Çünki bu əməliyyat sistemi 2023-cü ilə kimi yenilənmə əldə etməyə davam edəcək.