Putinin adamı Kiyevdə: Kremlin yeni planı

Putinin adamı Kiyevdə: Kremlin yeni planı backend

Boris Qrızlov Kiyevə Donbasla bağlı yeni təkliflər irəli sürməyə gəlib. Axar.az xəbər verir ki, bunu öz Feysbuk səhifəsində ukraynalı jurnalist Pyotr Şuklinov paylaşıb. Onun sözlərinə görə, Qrızlov Ukraynaya Donbas liderlərinin başını təklif edəcək:

“Qrızlov Kuçmaya Donbas terrorçularının liderlərinin başlarını gətirəcək. Bunun qarşılığında isə Donetsk və Luqanskı yenidən bizə itələməyə çalışacaq. Qrızlov Kuçma qarşısında diz çökməyə gəlib. Hazırda sanksiyaların taleyi məhz Ukrayna paytaxtında həll olunur”.

Qeyd edək ki, Rusiya Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Boris Qrızlov dünən Kiyevə səfər edib. Səfər zamanı onun Minsk danışıqlarında Ukraynanın mövqeyini təmsil edən eks-prezident Leonid Kuçma ilə görüşü nəzərdə tutulub. Görüş zamanı Donbasın Ukraynaya qaytarılması məsələsinin müzakirə olunacağı gözlənilir.