Yaponiya Çinlə üz-üzə gəlir – Hərb

Yaponiya Çinlə üz-üzə gəlir – Hərb backend

Əgər Çin hərbçiləri Şərqi Çin dənizində yerləşən mübahisəli Spratli adalarına yaxınlaşsalar, Yaponiya buraya özünün hərbi gəmilərini göndərəcək. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yaponiyanın Müdafiə naziri Gen Nakatani söyləyib.

Qeyd edək ki, Spratli adaları üzərində mübahisə uzun müddətdir davam edir. Çinin bu adalara yiyələnməsi ABŞ və Yaponiya da daxil olmaqla, bölgədəki bütün dövlətlərin narazılığına səbəb olub. ABŞ Pekinə etiraz olaraq öz gəmilərini ora göndərib.