İraqın paytaxtı Bağdadda silahlı şəxslərin ticarət mərkəzinə hücumu zamanı 3-ü polis olmaqla, azı 10 nəfər ölüb. 70 nəfər isə hələ də girov saxlanılır.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, silahlı şəxslər əvvəlcə ticarət mərkəzinin yaxınlığında bomba quraşdırılmış avtomobili partladıblar.Daha sonra isə ətrafa atəş açaraq binaya daxil olublar. Silahlı hücumu İŞİD döyüşçülərinin həyata keçirdiyi güman olunur.
Qeyd edək ki, ticarət mərkəzi şiələrin yaşadığı məhəllədə yerləşir.