Çinin milli domeni olan .cn dünyada ən iri domen adını alaraq Almaniyanın .de domenini geridə qoyub. İKT.lent.az-ın xəbərinə görə, bu barədə Çinin “Sinhua” agentliyi domen zonasını idarə edən Çinin İnternet Şəbəkəsi İnformasiya Mərkəzinə (CNNİC) istinadən məlumat verib.
Hazırda bu sistemdə 16 milyon 360 min istifadəçi qeydiyyatdan keçib. CNNİC rəhbərinin sözlərinə görə, domen istifadəçilərin maraqlarını müdafiə etmək, onlayn-qarət, fişinq və fırıldaqçılığın qarşısını almaq imkanına sahibdir. Qeyd olunur ki, 2009-cu ildən qeydiyyat ancaq rəsmi sənədlər təqdim edildikdən sonra aparılır.
Qeyd edək ki, domendən ancaq hökumət qurumları və yerli şirkətlər tərəfindən deyil, həmçinin “Apple”, “Samsung”, “Microsoft” və “Amazon”kimi transmilli korporasiyalar da istifadə edir.
Əlavə edək ki, .com domenində qeydiyyata alınan istifadəçilərin sayı Çinin rekordunu dəfələrlə üstələyir.