Düşüncələri oxuya bilən texnologiya yaradıldı

Düşüncələri oxuya bilən texnologiya yaradıldı backend

Yaponiyalı professor Toşimasa Yamazaki düşüncələri oxuya bilən cihazı təkmilləşdirib.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, Yamazakinin təkmilləşdirdiyi cihaz insanın danışmadan əvvəl beyin dalğaları vasitəsi ilə nə deyəcəyini təyin edə bilir. Yamazaki beyin dalğaları yaradan kəlmə qruplarının səsləndirmədən anlamağın mümkün olduğu nəticəsinə gəlib.

Beyinin ön hissəsindəki dəyişiklikləri müşahidə edən Yamazaki kəlmələri səsləndirmədən əvvəl və sonra beyində baş verən aktivliyi qarşılaşdırıb. Bununla da sadə kəlmələrin anlaşıldığını bildirib. Yamazaki və komandası indi daha çətin kəlmə və cümlələrin əvvəlcədən anlaşıla bilməsi niyyəti ilə işlərini genişləndirməyi hədəfləyib.