Türk və İslam dünyasının ən böyük sufilərdən olan Mövlanə Cəlaləddin Ruminin məqbərəsinin yerləşdiyi Mövlanə muzeyi 2015-ci ildə 2 milyon 581 mindən çox yerli və xarici turisti qəbul etməklə ziyarətçi rekorduna imza atıb.
Qaziler.az-ın məlumatına görə, AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Konyada yerləşən bu muzey Türkiyə daxilində ən çox ziyarətçi qəbul edən müqəddəs məkanlardandır. Ziyarətçi sıxlığının hər il artdığı bu muzeyi 2014-ci ildə 2 milyon 109 mindən çox insan ziyarət etmişdir.Konya Muzeylər Müdiri Yusif Mənbaşlı bildirib ki, baş nazir Əhməd Davudoğlunun təşəbbüsü ilə 2014-cü ilin dekabrın 7-dən etibarən muzeyə giriş pulsuz olub.