İŞİD Türkiyəni vurdu

İŞİD Türkiyəni vurdu backend

Ötən gün axşam saatlarında İŞİD-lə Azad Suriya Ordusu arasında gedən qarşıdurmalar zamanı terrorçuların atdığı minaatan Türkiyənin Kilis bölgəsində boş əraziyə düşüb.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, Türkiyənin terrorçulara cavabı gecikməyib.

Hazır gözləyən türk tankları İŞİD-in mövqelərini dərhal atəşə tutub. Vətəndaşların ehtiyac olmadığı halda küçələrə çıxmasına isə icazə verilməyib.

İŞİD-in hücumu zamanı ölən və yaralanan olmayıb. Terrorçuların itkiləri barədə isə məlumat verilməyib.