Kremlin Avropa lobbisinin siyahısı açıqlandı

Kremlin Avropa lobbisinin siyahısı açıqlandı backend

Kreml Avropa ölkələrindəki ultrasağ və ultrasol qüvvələri özünün siyasi məqsədləri üçün istifadə etməyə çalışır.

Qaziler.az Axar.az-a xəbər verir ki, bu barədə informasiyanı Ukraynanın “Zerkalo nedeli” qəzeti yayıb. Qəzet həmçinin Avropada Rusiyanın xarici siyasətinə qarşı loyallıq sərgiləyən və bəzən də Moskvanın xeyrinə lobbiçilik fəaliyyəti ilə məşğul olan müxtəlif siyasi qüvvələrin siyahısını tərtib edib:

“Bizim seçdiyimiz partiyaların heç də hamısı Kremlin Ukraynadakı fəaliyyətini dəstəkləmir. Məsələn, Almaniyanın Sosial Demokrat Partiyası Krımın anneksiyasını, Donbasdakı müharibəni qınayır. Amma bu partiya Moskvaya qarşı tətbiq edilən sanksiyalara qarşı çıxış edir və Moskva ilə kompromis yollarının axtarılmasını istəməklə hazırkı Rusiya rəhbərliyinin tərəfində oynayır. Müharibə vaxtı isə düşməninin müttəfiqi sənin də düşmənindir. Parlament partiyaları arasında açıq rusiyayönlü partiyalar o qədər də çox deyil. Nadir hallarda onlar parlamentlərdəki çoxsaylı fraksiyalara daxil olurlar. Məsələn, Fransanın Milli Cəbhə Partiyası aşağı palatada iki mandata, İtaliyanın Şimal Liqası Partiyası 15, Bolqarıstanın Hücum Fraksiyası 15, Belçikanın Flamand Maraqları Partiyası 3 yerə sahibdir. Müxalif Respublikaçılar Partiyası Fransada mandat sayına görə parlamentin ikincisidir. İspaniyanın Podemos Partiyası isə artıq ölkə parlamentində 3-cü ən böyük partiya hesab edilir. Avstriya və Macarıstanda da parlamentdəki deputat sayına görə üçüncü yeri Azadlıq Partiyası və Yobbik tutur. SİRİZA isə artıq bir ildir ki, Yunanıstanı idarə edir. Kreml bu siyasi güclərlə aktiv şəkildə çalışır. Lakin Moskva son on il ərzində Avropada daha çox ultrasağ və ultrasol partiyaların xidmətindən yararlanır. Onlar hökumətin mövqeyinin formalaşdırılmasında iştirak edə bilməsələr də, ictimaiyyət içərisində Moskvanın populyarlığının artması üçün istifadə edilirlər”.