Türkiyədə sərnişin avtobusu aşıb, 26 nəfər xəsarət alıb

Türkiyədə sərnişin avtobusu aşıb, 26 nəfər xəsarət alıb backend

Türkiyənin Elazığ vilayətində ağır yol qəzası baş verib.

Qaziler.az bildirir ki, APA-nın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, Diyarbəkir – İstanbul marşrutu ilə hərəkət edən sərnişin avtobusu aşıb.

Yol qəzası nəticəsində 26 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.