Liviyada son sutka ərzində ikinci terror aktı törədilib.
Qaziler.az ATV.az-a istinadən xəbər verir ki, bu dəfə partlayış səsi liman şəhəri Ras-Lanufda eşidilib. Hakim dairələrin məlumatına görə, içi partlayıcı ilə dolu olan avtomobil nəzarət-buraxılış məntəqəsi yaxınlığında partladıb. Nəticədə aralarında uşaqlar da olmaqla, 10-dan çox insan həlak olub. Daha 40 nəfər yaralanıb.Xatırladaq ki, buna qədər ölkənin şərqində yerləşən Zintan şəhərində də terror aktı törədilmişdi. Təlim düşərgəsində baş verən partlayış zamanı ölənlərin sayı 70-ə çatıb. 100-dən çox insan maxtəlif dərəcəli xəsarətlər alıb. Yaralıların əksəriyyətinin vəziyyəti ağır olduğundan, ölənlərin sayının artacağı istisna deyil. Bütün bu hücumlara görə məsuliyyəti İŞİD terror təşkilatının yerli qanadı üzərinə götürüb.