Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı iki əsgər şəhid olub

Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı iki əsgər şəhid olub backend

Türkiyədə PKK silahlılarına qarşı aparılan əməliyyat zamanı iki əsgər şəhid olub.

Qaziler.az bildirir ki, APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Şırnakın Cizre, Diyarbəkirin Sur rayonlarında gerçəkləşdirilən əməliyyatlarda yaralanan əsgərlər xəstəxanaya yerləşdirilsələr də, onların həyatını xilas etmək mümkün olmayıb.

Türkiyənin "Milliyət" qəzeti sözügedən bölgələrdə aparılan əməliyyatlarda 5 əsgərin yaralandığını haqda məlumat yayıb.