“AB-Yunanıstan sərhədi olmalıdır”

“AB-Yunanıstan sərhədi olmalıdır” backend

Avropa Birliyi miqrant axınının qarşısını almaq üçün Yunanıstanın şimalında yeni sərhəd yaratmalıdır.

Axar.az xəbər verir ki, bunu Macarıstan mətbuatına açıqlamasında Macarıstanın Baş naziri Viktor Orban söyləyib. Onun sözlərinə görə, Avropa Birliyinin Türkiyə ilə danışıqları miqrant axınını dayandırmaq üçün kifayət etməyəcək. Orban həmçinin Bolqarıstanın Şengen zonasına daxil edilməsi gərəkdiyini bildirib. Baş nazir Makedoniyanın müdafiə sistemini gücləndirmək üçün ona maliyyə yardımı ayrılması gərəkdiyini bildirib.