Rusiyanın Suriya ordusunun cənuba hərəkətini dəstəkləməsi Qolan təpələrindəki situasiyanı pisləşdirə bilər. Axar.az xəbər verir ki, bunu İsrail mətbuatına açıqlamasında israilli ekspert Deniel Nisman söyləyib. Onun sözlərinə görə, Əsəd ordusunun hücumları İsrail və İordaniya sərhədindəki konflikti böyüdüb:
“Bir sıra diplomatlar Moskvanın Suriyanın cənubunda aktivləşməsini görəndə təəccüblənmişdilər. O zaman onlar hesab edirdilər ki, İsraillə Rusiya arasında bu məsələ ilə bağlı razılaşma var. Əgər Əsədin döyüşçüləri Qolan təpələrini tutsalar, bu İrana ikinci cəbhəni açmağa imkan verəcək. Tehran burada ikinci Qəzza sektoru, ya da ki ikinci Livan yaradacaq. Rusiya İsraillə İran arasında konflikti qızışdırır”.