Türkiyənin Yunanıstana cavabı gecikmədi

Türkiyənin Yunanıstana cavabı gecikmədi backend

Türkiyəyə məxsus 4 döyüş təyyarəsi ötən gün Egey dənizinin şimal-şərqində Yunanıstanın hava məkanını pozub. Axar.az xəbər verir ki, bu barədə Yunanıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik təyyarələrdən ikisinin silahlı olduğunu bildirib.

Türkiyənin isə məsələyə cavabı gecikməyib. Türkiyə Baş Qərargah rəisliyinin yaydığı məlumata görə, ötən gün Yunanıstana məxsus iki M-2000 təyyarəsi Egey dənizinin neytral bölgəsində türk qırıcıların rabitə sisteminə müdaxilə edib.

Məlumatda Türkiyə Hava Qüvvələrinin yunan qırıcılara lazımi cavabı verdiyi bildirilib.