Liviyanın Zliten hərbi təlim düşərgəsində törədilən terror aktı nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.
Qaziler.az bildirir ki, APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, yük maşınına yerləşdirilən partlayıcı qurğunun işə salınması nəticəsində ölən şəxslərin arasında dinc sakinlərin də olduğu bildirilir.Partlayış nəticəsində 100-dən çox insan yaralanıb.
Məlumata görə, terrorçuların hədəfi sahil mühafizəsi xidmətinin qərargahı olub. Şəhərdə məktəblər bağlanıb, səfərbərlik elan edilib.



