Somali İranla diplomatik əlaqələri dayandırıb

Somali İranla diplomatik əlaqələri dayandırıb backend

Somali İranla diplomatik əlaqələrin dayandırıldığını bəyan edib.

Qaziler.az bildirir ki, "Report"un "France Presse" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildirilib.
"Bu addım İranın Somalinin daxili işlərinə daim qarışmasına cavab olaraq atılıb", - deyə Somali XİN-in açıqlamasında qeyd olunub.
Məlumatda vurğulanıb ki, iranlı diplomatlara ölkəni tərk etməsi üçün 72 saat vaxt verilib.