Daha bir liman şiə qiyamçılarından alındı

Daha bir liman şiə qiyamçılarından alındı backend

Yəməndə hökumət qüvvələri Qırmızı dənizdə yerləşən Maydi limanını ələ keçiriblər. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Deyli Star” qəzeti yayıb. Qəzet hökumət qüvvələrinin hücumundan öncə koalisiya qoşunlarının limana 30 aviazərbə endirdiyini bildirib. Şiə qiyamçılar isə şəhərin hökumət qüvvələrinin əlinə keçməsi haqqında informasiyanı təkzib edib.

Qeyd edək ki, yanvarın 2-də Səudiyyə Ərəbistanının rəhbərliyi altında yaradılan koalisiya qüvvələri Yəməndə atəşkəsin bitdiyini açıqlayıb.