Çin İranla Səudiyyəni barışdırmağa çalışır

Çin İranla Səudiyyəni barışdırmağa çalışır backend

Səudiyyə Ərəbistanında səfərdə olan Çin Xarici İşlər nazirinin müavini buradan İrana gedəcək. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunin söyləyib. Onun sözlərinə görə, nazir müavini Tehrana İranla Səudiyyə Ərəbistanı arasında yaranmış gərginliyi müzakirə etmək üçün gedəcək:


“Biz Yaxın Şərqdə sülh və stabilliyi dəstəkləyirik. Çinin Xarici İşlər nazirinin müavini Çjan Min Səudiyyə Ərəbistanı və İranla bölgədəki situasiyanı müzakirə edəcək. Biz ümid edirik ki, bu iki ölkə arasında gərginlik aradan qalxacaq”.

Qeyd edək ki, Çin həm İran, həm də Səudiyyə Ərəbistanından neft idxal edir. Hazırda Pekin ən çox Səudiyyə Ərəbistanından neft alır.