Fətullahçı Terror Təşkilatı (FETÖ) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı zəhərləmək istəyib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Məhməd Müəzzinoğlu “Bu gün” qəzetinə müsahibəsində deyib.
O, təşkilatın Ərdoğanı yaxından izləməsi və şəxsi həyatı ilə maraqlanmasının bunu sübut etdiyini bildirib:
“Yaxşı işlər görmək istəyənlərə qarşı bu cəhdlər hər dövrdə edilib”.
Qeyd edək ki, Gülən camaatının “Paralel quruluş”u ötən ilin fevralında İstanbul Baş Polis İdarəsi tərəfindən FETÖ olaraq adlandırılmağa başlayıb.