Türkiyə Nazirlər Kabineti Əl Qaidə terror təşkilatı siyahısında dəyişiklik edilməsi ilə bağlı qərar qəbul edib. Axar.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının (BMGK) 30 sentyabr 2013-ci il tarixli qərarına əsasən, Əhməd Rajapoviç Çatayev Əl Qaidə siyahısına daxil edilib.
Xatırladaq ki, Çatayev və digər 5 nəfər ötən ilin oktyabrında Azərbaycan Mərkəzi Bankı tərəfindən də qara siyahıya salınıb.



