Belarusda "Spotify" bloklanacaq

Belarusda "Spotify" bloklanacaq backend

Belarusda "Spotify" musiqi striminq xidmətinə giriş məhdudlaşdırılacaq.

Qaziler.az xəbər verir ki, bu barədə respublikanın Vergilər və Rüsumlar Nazirliyi öz "Telegram" kanalında məlumat yayıb. Qərar xidmətin vergi borcu ilə əlaqədar qəbul edilib.

"Vergi qurumu tərəfindən elektron formada xidmətlərin göstərilməsi üçün belə bir vergi ödəyicisi tərəfindən istifadə olunan internet resursuna girişin 1 dekabr 2026-cı il tarixindən etibarən məhdudlaşdırılması barədə qərar qəbul edilib", - deyə məlumatda qeyd olunub.

Qurumdan bildirilib ki, bu qərar "Spotify"ın respublika büdcəsinə ƏDV (əlavə dəyər vergisi) üzrə vergi borcunun olması əsasında verilib.

QAZİLER.AZ