İran Ukraynanı Küveytə PUA hücumunda ittiham edib

İran Ukraynanı Küveytə PUA hücumunda ittiham edib backend

İran Ukraynanı iki italyan mütəxəssisin ölümünə və iki nəfərin yaralanmasına səbəb olan PUA hücumunu təşkil etməkdə ittiham edib.

Qaziler.az xəbər verir ki, bu barədə "The New York Post" (NYP) İranın nüvə proqramı üzrə danışıqlar qrupunun keçmiş müşaviri Məhəmməd Mərandiyə istinadən yazır.

O, hücumun Kiyevin imkanlarını ABŞ prezidenti Donald Trampa nümayiş etdirmək üçün nəzərdə tutulmuş saxta əməliyyat ola biləcəyini bildirib. Onun sözlərinə görə, Ukrayna qüvvələri Yaxın Şərqin müxtəlif ölkələrində, o cümlədən İraqın şimalında və Suriyada fəaliyyət göstərir. Nəşrin qeyd etdiyinə görə, analoji bəyanatları İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli "Fars" agentliyi də yayıb.

Küveyt və İtaliya hakimiyyət orqanları hücuma görə məsuliyyəti İranın üzərinə qoysalar da, Tehran baş verənlərdə əli olduğunu inkar edir. İranın Romadakı səfirliyi də Fars körfəzində münaqişənin genişləndirilməsinə və Avropa ölkələrinin bu münaqişəyə cəlb olunmasına yönəlmiş mümkün təxribatlar barədə bəyanat verib.

QAZİLER.AZ