Zaxarova Latviyaya xəbərdarlıq etdi: "Cavab tədbirləri görəcəyik"

Zaxarova Latviyaya xəbərdarlıq etdi: "Cavab tədbirləri görəcəyik" backend

Latviya digər Baltikyanı respublikalarla birlikdə Ukrayna Silahlı Qüvvələrinə (USQ) Rusiya ərazisindəki hədəflərə zərbə dronları buraxmaq üçün öz hava məkanından istifadə etməyə dəfələrlə icazə verib.

Qaziler.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova rəsmi Riqanın "derusifikasiya" strategiyası qəbul etmək qərarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Qərbin Rusiyaya qarşı qarşıdurmanı gücləndirməsi prosesində Latviya fəal rol oynayır, ön sıralarda gedir və təhrikçi kimi çıxış edir, özünü Ukraynanın ən qızğın müttəfiqlərindən biri kimi təqdim edir və müntəzəm olaraq ona PUA-lar tədarük edir.

"Latviyanın, eləcə də digər Baltikyanı ölkələrin Rusiya obyektlərinə terror hücumları həyata keçirmək məqsədilə USQ dronlarının uçuşu üçün öz hava məkanlarını təqdim etməsi halları tərəfimizdən dəfələrlə qeydə alınıb", — deyə Zaxarova qeyd edib.

Zaxarovanın sözlərinə görə, Moskva Riqanın belə bir yanaşma seçməsinə görə məsuliyyət daşımır, lakin eyni zamanda buna məhəl qoymaya da bilməz.

"Biz Rusiyanın milli maraqlarının və vətəndaşlarının hüquqlarının etibarlı şəkildə təmin edilməsi üçün siyasi-diplomatik xarakterli qəti cavab tədbirləri görmək hüququnu özümüzdə saxlayırıq", - deyə XİN nümayəndəsi bildirib.

QAZİLER.AZ